Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya hökuməti məmurlar üçün 20 min "BlackBerry” smartfonu alacaq


Almaniya kansleri Angela Merkelin mobil danışıqlarının dinlənilməsinin qarşısını almaq üçün onun və bəzi əməkdaşların smartfonlarının “BlackBerry” şirkətinin “BB 10” əməliyyat sistemi əsasında işləyən qurğularla əvəzlənməsi barədə qərar qəbul olunub.

Kanada istehsalçısı Almaniyanın “Secusmart” şirkəti tərəfindən hazırlanan dinlənilmədən mühafizə texnologiyasından istifadə edir. Almaniya hökumətinin nümayəndələri alınmış 3 min ədəd “BlackBerry” smartfonunun işinin nəticələrindən razı qalmasına görə məmurlar üçün daha 20 min ədəd “BlackBerry 10” sistemli qurğudan sifariş veriləcək.
 
Almaniya Federal Daxili İşlər Nazirliyi sifariş verilən smartfonların sayı barədə dəqiq məlumat verməsə də, nazirliyin mətbuat katibi Tobias Pleyt bəyan edib ki, hazırda “BlackBerry 10” sistemli alınan qurğuların sayı artmaqda davam edir. O, ötən bazar ertəsi bildirib ki, yalnız “BlackBerry” şirkətinin smartfonları nazirliyin təhlükəsizlik standartlarına cavab verir.
 
“Bizim informasiya təhlükəsizliyinin təmini ilə məşğul olan federal orqanımız fəaliyyət göstərir və orqan tərəfindən bəyənilən yeganə şirkət "BlackBerry” olub”, - o vurğulayıb, - "4PDA www.4pda.ru” yazır.




30/07/14    Çap et