Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə Rusiyada 90 milyon abunəçi mobil internetdən istifadə edib


2013-cü ilin sonunda Rusiyada 90 milyon mobil rabitə abunəçisi qeydə alınıb ki, bu da ötən illə müqayisədə 17% yüksəkdir. Bu haqda "J'son & Partners Consulting" konsaltinq şirkətinin mobil internet üzrə analitik tədqiqatında bildirilib.

"J'son" şirkətinin qiymətləndirməsinə görə, Rusiyada mobil internet populyarlığına görə stasionar interneti ötüb. 2013-cü ildə mobil internetin nüfuzetmə səviyyəsi Rusiya əhalisininn 63%-ni təşkil edib.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2013-cü ildə aktiv istifadəçilər aylıq orta hesabla 1 QB trafik sərf ediblər.

Emil Hüseynov




30/07/14    Çap et