Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniya pilotsuz avtomobillərin sınağına 10 milyon funt ayıracaq


Böyük Britaniya pilotsuz avtomobillərin sınağına 10 milyon funt-sterlinq ayıracaq. Bununla yanaşı, ölkədə yol hərəkətini tənzimləyən bəzi qanunlara yenidən baxılacaq.

Bu barədə “The Guardian” nəşri məlumat verib.
Pilotsuz avtomobillərin sınağına 2015-ci ildə başlamaq və Böyük Britaniyanın Biznes, İnnovasiya və Təcrübə Nazirliyi və Nəqliyyat Departamenti tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Sınaqlar 1,5-3 ilədək müddət ərzində ölkənin üç şəhərində keçiriləcək.

Sınaqlar iki tipdə - hər an avtomobili sığortalayacaq sürücü operatorlarla və avtomobillərin tam avtonom sınağı olacaq.

Qeyd edək ki, iyulun 29-da Çinin “Baidu” axtarış sistemi avtonom idarə olunan avtomobilin hazırlanmasına başlanıldığını elan edib. Maşının avtopilotu sensor və GPS vasitəsilə əldə edilən məlumatlarla işləməklə sürəti və hərəkət istiqamətini müstəqil seçəcək.  

2014-cü ilin mayında ABŞ-ın “Google” şirkəti sürücünün iştirakı olmadan ictimai nəqliyyat yollarında hərəkət edən avtopilotlu maşının ilk prototipini təqdim edib. Maşının fərqləndirici cəhəti sükan, akselerator pedalı və əyləcin olmamasındadır, - "Lenta www.lenta.ru” yazır.




31/07/14    Çap et