Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin saytı yenilənib
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi internet resursu (cert.gov.az) yenilənib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mərkəzin saytı müasir dizaynda və yeni keyfiyyətdə internet istifadəçilərinin ixtiyarına verilib.
Saytın xarici görünüşü ilə yanaşı, məzmununda da bir sıra dəyişikliklər edilib. Belə ki, istifadəçilər internet resurs vasitəsilə mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər və ümumilikdə informasiya təhlükəsizliyi sahəsinə dair daha geniş məlumatlar əldə edə biləcəklər.
Qeyd edək ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Azərbaycanın dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.
CAHANGİR
31/07/14 Çap et