“Elektron məktəb üçün elektron müəllim” hazırlığı ilə əlaqədar kurslar başlayır
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunda (TPİ) "Elektron məktəb üçün elektron müəllim" hazırlığı ilə əlaqədar kurslar keçiriləcək.
Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələri, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimlərinin dəvət olunduğu kurslarda elektron tədris resurslarının, həmçinin ən son müxtəlif kompüter proqramlarında dərslərin hazırlanması həyata keçiriləcək.
İnstitutdan verilən məlumata görə, kursun müddəti 3 gün (əlavə distant olaraq 1 ay) nəzərdə tutulur. Kurs ödənişlidir (60 manat bütün kurs müddətini əhatə edir). İlk kurs 4-6 avqust tarixlərində saat 10:00-dan 13:00-a qədər TPİ-nin 2-ci binasında (Ünvan: Bakı şəhəri, Afiyəddin Cəlilov küç., 22; tel.: 493 53 47;
http://www.kurikulum.az/index.php/az/interaktiv/eks-elaqe) keçiriləcək.
İştirakçıların özləri ilə şəxsi kompüterlərini gətirməsi məsləhətdir.
Qeydiyyat üçün elektron ərizəni (
https://docs.google.com/forms/d/18aYyBjTs2TdYT6N8yrYAfDFISHGFamFuOrfu31Fm5Y4/viewform ) doldurmaq lazımdır.
Kursların sonunda müdavimlərə sertifikatlar təqdim olunacaq.
Həqiqət İSABALAYEVA