Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platformasında kritik boşluq aşkar edilib
“Bluebox Labs” şirkətinin təhlükəsizlik üzrə ekspertləri “Android” mobil əməliyyat sistemində ciddi boşluq aşkar ediblər. Nəticədə hakerlər qurğuya giriş əldə edir və onlar vacib informasiyanı, həmçinin elektron poçtla məxfi yazışma və “Google Wallet”də əməliyyat tarixçəsini ələ keçirmək imkanı əldə edirlər.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, boşluq “Fake ID” kimi xarakterizə olunub. Yəni cinayətkarlar unikal identifikatorun surətini çıxararaq tətbiqlərə özünü qanuni istifadəçi kimi təqdim edə bilər. “Bluebox Labs” şirkətinin mütəxəssisi Ceff Forristel deyib ki, o, eksploytun texniki detalları haqda avqustun 2-də Las-Veqasda keçiriləcək “Black Hat USA” konfransında danışacaq.
Əgər köhnə “Android”-smartfon işlədirsinizsə, siz “Bluebox Labs” şirkətinin təhlükəsizlik skanerindən istifadə edərək boşluq olub-olmadığını öyrənə bilərsiniz.
Emil Hüseynov
31/07/14 Çap et