Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal smartfon bazarında “Android”in payı 85%-ə çatıb
“Google”un qlobal smartfon bazarında liderliyi möhkəmlənir. “Strategy Analytics” tədqiqat firmasının məlumatına görə, 2014-cü ilin ikinci rübündə “Android” platforması ilə işləyən 249,6 milyon "ağıllı" telefon buraxılıb ki, bu da tədarük edilmiş qurğuların 84,6%-i deməkdir. Bir il əvvəl “Android” smartfonlarının tədarükü 186,8 milyon təşkil edib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Strategy Analytics”in qiymətləndirməsinə əsasən, 2014-cü ilin aprel-iyununda qlobal smartfon bazarında “iPhone” smartfonunun bazar payı 11,9%-dək azalıb. Ötən il 13,4% təşkil edib. Ötən rüb “Apple” şirkəti 35,2 milyon telefon tədarük edib.
“Android” platformasının yüksək populyarlığı sayəsində “Windows Phone” əsaslı smartfonların payı 1 il sonra 2.7%-dək azalıb. Ekspertlər bildirir ki, “Microsoft”un əməliyyat sistemi ABŞ və Çində çətinliklə özünə yer edir. Ötən rübün yekununa görə, qlobal bazara 8 milyon “WP”-kommunikator tədarük edilib ki, bu da ötənilki göstərici ilə müqayisədə 900 min qurğu azdır.
Emil Hüseynov
31/07/14 Çap et