Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Formasını dəyişən televizor satışa çıxarılacaq


Tezliklə formasını dəyişə bilən televizor bazara çıxarılacaq.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti elan edib ki, avqustun 1-də Cənubi Koreyada ilk belə televizor buraxılacaq. İlin əvvəlində “CES” sərgisində nümayiş etdirilmiş 85 düymlük televizor hələ ki bazara çıxarılmayıb, satışa 78 düymlük model daxil olacaq. Ekranın təsvir ölçüsü “Ultra HD” (3840 × 2160 nöqtə) təşkil edir.

Pultda düymənin sıxılması ilə hərəkətə gələn xüsusi elektrik mühərrikləri ekranın kənar hissəsini tamaşaçıya yaxınlaşdırmaqla onu yastı formadan bükükə çevirib. “Samsung” şirkəti yeni qurğunun qiymətini açıqlamayıb.

Emil Hüseynov




31/07/14    Çap et