Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana səfər edəcəklər


İranın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana səfər edəcəklər. Səfər 7 avqust 2014-cü il tarixində Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək Azərbaycan-İran Biznes Forumunda iştirak etmək məqsədi daşıyır.
 
 AZPROMO-dan bildirilib ki, İKT şirkətləri ilə yanaşı, tədbirdə nəqliyyat, dənizçilik və logistika, ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, kimya məmulatlarının istehsalı, səhiyyə, konsaltinq və digər sektorları təmsil edən 50-yə yaxın İran şirkəti iştirak edəcək.
 
Biznes Forum 7 avqust tarixində saat 10:30-dan etibarən Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prospekti, 32) təşkil olunacaq.




01/08/14    Çap et