Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone” smartfonu sentyabrın 16-da nümayiş etdiriləcək


ABŞ-ın “Apple” şirkətinin yeni “iPhone 6” smartfonu, ehtimal ki, oktyabrın 14-də satışa çıxarılacaq. Aparat sentyabrın 16-da rəsmi təqdim oluna bilər. Bu haqda “Macrumors” saytı yazıb.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hələ ki “Apple”ın aparatın hər iki versiyasını (4,7 və 5,5 düymlük ekran) təqdim etməsi ilə bağlı informasiya yoxdur.

Bundan əvvəl bir sıra profil KİV-in yazdığı kimi, yeni smartfon 13 meqapiksellik kamera, ən azı 2 QHs takt tezlikli ikinüvəli “A8” prosessorla təchiz ediləcək. Akkumulyatorun tutumu da artırılacaq.

Təxminlərə görə, 4,7 düymlük cihazda akkumulyatorun tutumu 1800 milliamper/saat, qurğunun 5,5 düymlük versiyasının tutumu 2500 milliamper/saat olacaq.

Emil Hüseynov
 
 




01/08/14    Çap et