Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan internet xidmətləri bazarında vəziyyət stabildir
Azərbaycan internet xidmətləri bazarında son bir ayda “Bakinternet” dövlət internet provayderinin bazar payı 2% artmasına baxmayaraq provayderlərin reytinqində önəmli dəyişiklik baş verməyib.
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətləri əvvəlki mövqelərini qoruyub saxlayıb.
Belə ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 2% artaraq 23,30% təşkil edib, “Aztelekom”un payı cüzi artaraq 14,21%, “Uninet”in cüzi 12,24% təşkil edib. “Azeronline”nın bazar payı azalaraq 9,72%, “Dataplus” şirkətinin bazar payı 6,65%, “Connect” şirkətinin bazar payı 5,31%, “Azqtel”in payı iki dəfə artaraq 4,43% təşkil edib.
Onların ardınca 3,06% bazar payı ilə –“Ultel”, 3,18% - “Castel”, 3,05% - “Adanet”, 2,95% - “Azstarnet”, 2,19-“Smart”, 1,67% - “Avirtel”, 1,4% - “Azeurotel”, 1,04% - “Nakhchivan”, 1,02% - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıb. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.
Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
01/08/14 Çap et