Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Flaqman smartfonların mini-versiyalarının satış həcmləri gözləntiləri doğrultmayıb


“Samsung”, “LG”, “HTC” və “Sony Mobile Communications” şirkətlərinin buraxdıqları flaqman telefonların mini-versiyalarının satış həcmləri gözləntiləri doğrultmayıb, çünki onlar qiymət-keyfiyyət baxımından rəqabətli olmayıb.
 
Mini-versiyaların zəifliyi onların qiymətinin  yüksək olmasıdır (400-500 dollar), halbuki Çin istehsalçılarının bazara təqdim etdikləri oxşar modellərin qiyməti 150-200 dollar arasındadır.
 
Proqnozlar doğrulmadığına görə vendorların əksəriyyəti mini-modellər üzrə strategiyasını dəyişməli olacaqlar.
 
Aynur Vəliyeva




01/08/14    Çap et