Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” məhkəməyə verilib


ABŞ-ın “Microsoft” korporasiyası Nyu-York məhkəməsinə Cənubi Koreyanın “Samsung” elektronika istehsalçısına qarşı iddia verib.

Şirkətlər 2011-ci ildə patent lisenziyalaşdırması haqqında razılaşma imzalayıblar. “Microsoft” iddia edir ki, “Google”un “Android” mobil əməliyyat sistemində şirkətin bir sıra texnologiyaları tətbiq edilib.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Samsung” “Android” əməliyyat sistemi ilə işləyən dünyanın ən böyük mobil qurğu istehsalçısıdır. 2011-ci ildə imzalanmış razılaşmaya əsasən, Cənubi Koreya şirkəti “Android” ilə işləyən hər satılmış telefon və ya planşetə görə “Microsoft” korporasiyasına müəyyən məbləğ ödəyib. Analitiklərin qiymətləndirməsinə görə, ötən il “Microsoft” korporasiyası “Google”un mobil ƏS-də öz texnologiyalarından istifadəyə görə  təxminən 2 milyard dollar qazanıb.

“Microsoft”un hüquq məsləhətçisi Devid Xovard deyib ki, ötən il “Samsung” patent razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçırıb: şirkət lisenziya ödənişini vaxtında ödəməyib, daha sonra vaxtı gecikdirilmiş ödənişin faizini ödəməkdən imtina edib.

Emil Hüseynov




02/08/14    Çap et