Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft Office” paketi 25 illiyini qeyd edib
25 il bundan əvvəl “Microsoft” korporasiyası CD diskdə dörd ofis proqramını təqdim edib: “Microsoft Word” mətn redaktoru, cədvəllərlə işləmək üçün “Microsoft Excel” proqramı, “Microsoft PowerPoint” və “Microsoft Mail” poçt xidmətini.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Microsoft Office” 25 il müddətində biznes və fərdi istifadəçilərin məsələlərini həll etmək üçün ən məşhur alətə çevrilib, dünyanın 125 ölkəsində satılır, planetin hər yeddinci sakini ofis və ya evində bu proqram təminatından istifadə edir.
"Office” yaradıcıları onu istifadə üçün maksimal dərəcədə sadələşdiriblər. Əksər hallarda interfeyslə bağlı dəyişikliklər edilib: “Microsoft”un mütəxəssisləri hansı alətlərin populyar olub-olmayacağını müəyyənləşdirirdilər. Belə ki, “Office 2000” ofis paketini hazırlayan zaman “Microsoft” mütəxəssisləri belə nəticəyə gəliblər ki, “Word” mətn redaktorunun istifadəçiləri əksər hallarda yalnız onun 75% funksiyasından istifadə edirlər və proqramın standart pəncərəsindən populyarlığı az olan alətləri yığışdırıblar” – “Microsoft”dan bildirilib.
Emil Hüseynov
02/08/14 Çap et