Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyasının elektron ünvanına daxil olan sorğular hansı mövzuları əhatə edib?


İyun ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron ünvanına 116 sorğu daxil olub.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə komissiyanın daxil olan sorğuların statistikası, məzmunu və cavablandırılmasına dair hesabatında deyilir.
 
Elektron sorğular müxtəlif mövzuları əhatə edib. Belə ki, bu müddət ərzində komissiyaya 63 CV göndərilib. Dövlət qulluğuna qəbul qaydaları  ilə əlaqədar 17, digər məsələlərlə bağlı 14 e-sorğu ünvanlanıb.
 
Bununla yanaşı, vətəndaşlardan 8 təşəkkür məktubu qəbul olunub.
 
Komissiyanın elektron ünvanına daxil olan sorğulardan 4 ədədi test imtahanı mərhələsindən keçməyərək yenidən müsabiqədə iştirak etmək, 3 ədədi 1, 23, 30 aprel və 20 may tarixlərində elan edilən müsabiqələrin test imtahanı mərhələsinin keçirilmə tarixi, 2 ədədi 1, 23, 30 aprel və 20 may tarixlərində elan edilən müsabiqələrin müsahibə mərhələsinin keçirilmə tarixi ilə bağlı olub.
 
Sadalananlardan əlavə, hər biri 1 ədəd olmaqla 23, 30 aprel və 20 may tarixlərində elan edilən müsabiqələrdə iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək, 1, 23, 30 aprel və 20 may tarixlərində elan edilən müsabiqələrin test imtahanı mərhələsi, 1, 23, 30 aprel və 20 may tarixlərində elan olunmuş ümumi müsahibələr, yeni məzun olan vətəndaşların müsabiqələrdə iştirak etmələri və növbəti müsabiqənin vaxtı mövzularına dair sorğular göndərilib.
 
Qeyd edək ki, bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
 
CAHANGİR




02/08/14    Çap et