Yeni virus USB vasitəsilə kompüterə yoluxur
Berlin ekspertləri kompüterlərin USB qurğuları vasitəsilə sındırılmasının yeni üsulunu aşkar ediblər.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, USB qurğuları təhlükəsizlik nöqteyi-nəzərindən həmişə problemlər yaradıb. On ildən artıq tələb olunub ki, virusa yoluxmuş USB-lərin adi avtomatik işə salınmasının qarşısı alınsın.
Hazırda izlənilməsi mümkün olmayan yeni haker hücumu növü səsləndirilib. “Black Hat” konfransında yeni sanksiyalaşdırılmamış müdaxilə sistemi haqda danışılacaq. Bu konfrans gələn həftə Las-Veqasda baş tutacaq, lakin artıq bəzi faktlar məlum olub.
Kompüter təhlükəsizliyi sahəsində tədqiqatçılar Karsten Nol və Jeykob Lell USB standartında kritik boşluq aşkar ediblər. Bu boşluq gizlicə kompüterləri və onlara qoşulan qurğuları yoluxdurmağa imkan verir.
Aynur Vəliyeva