Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin ABŞ və Rusiya antivirus proqramlarından imtina edib


Çin Xalq Respublikası “Kasperski Laboratoriyası” şirkəti ilə əməkdaşlığına son qoyub.

“ICTnews” xəbər xidmətinin “www.kurs.ru” saytına istinadən verdiyi məlumata əsasən, Rusiya şirkəti ilə yanaşı, Çin ABŞ-ın “Symantec” şirkəti ilə əməkdaşlığından imtina edib. Bu iki şirkət Çinin proqram təminatı təchizatçıları siyahısından çıxarılıblar.
 
Bundan sonra Çin hökumətinin proqram təminatı təchizatı ilə yalnız yerli şirkətlər məşğul olacaqlar. Bu tədbirlər ölkənin informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilir.
 
Xatırladaq ki, bir müddət bundan öncə Çin məmurların kompüterlərinə yeni “Microsoft – Windows 8” əməliyyat sistemini tətbiq etməyə qadağa qoyub.
 
Maraqlısı odur ki, Çinin “Kasperski Laboratoriyası” şirkəti və onun rəhbərliyi ilə  son zamanlaradək dost münasibətləri olub, hətta ötən il bu şirkətlə birgə “Baidu” axtarış sistemi istifadəyə verilib.
 
Aynur Vəliyeva




04/08/14    Çap et