Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” 8 milyon “iPhone 5” istehsal edəcək
FBR Capital Markets analitiklərinin hesablamalarına əsasən, bu ilin üçüncü rübündə “Apple” təxminən 8 milyon “iPhone 5” - yeni nəsil smartfon istehsal edə biləcək. Smartfona CDMA və WCDMA şəbəkələrində işləməyə icazə verən komponentləri “Qualcomm” şirkəti təmin edəcək. Belə olan halda keçən il Intel-dən alınmış Infineon bölməsi “iPhone 5”-in istehsalında “Apple”lə əməkdaşlıqdan kənarlaşdırılacaq.
06/06/11 Çap et