Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Terrorçular hansı mobil əməliyyat sisteminə üstünlük verirlər?


“Recorded Future” şirkətinin saytında yazılıb ki, "Əl-Qaidə" və Yaxın Şərqin başqa terror təşkilatlarının üzvləri “Android” platforması ilə işləyən smartfonlara üstünlük verir.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, əvvəllər döyüşçülər həm də “iOS”platforması ilə işləyən cihazlardan istifadə ediblər, ancaq Edvard Snoudenin ifşasından sonra onlar yalnız “Google”un əməliyyat sistemindən istifadə edirlər.
 
Terrorçuların “Android” platformasını seçməsinə daha bir səbəb “Google Play” internet mağazasıdır. Bura tətbiq əlavə etmək “AppStore” ilə müqayisədə daha asandır.
 
Bundan başqa, terrorçular narahatdırlar ki, “Apple” korporasiyası Qərb ölkələri ilə fəal əməkdaşlıq edir və onlara informasiya ötürür.
 
Emil Hüseynov




04/08/14    Çap et