Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıdadır


İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti 4-7 avqust tarixlərində Azərbaycanda səfərdə olacaq.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, səfər çərçivəsində Azərbaycanla İran arasında Dövlətlərarası Müştərək Komissiyanın iclası və biznes forumun keçirilməsi nəzərdə tutulur.
 
Səfər çərçivəsində Bakıda Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın 9-cu iclası, bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran biznes forumu təşkil ediləcəkdir.

Xatırladaq ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, İran tərəfdən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.
 
Aynur Vəliyeva
 




04/08/14    Çap et