Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Avropa-Yaxın Şərq informasiya magistralı”na qoşulma ölkədə 3,2 Tbit/s sürətlə trafik ötürmə imkanı yaradacaq


“Avropa-Yaxın Şərq informasiya magistralı”na (EPEG) qoşulma ölkədə 3,2 Tbit/s sürətlə trafik ötürmə imkanı yaradacaq. Bu da ölkə daxilində təklif olunan internet xidmətlərinin həm keyfiyyətinə, həm də qiymətinə müsbət təsir edəcək.
 
Bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısası olan “Avropa-Yaxın Şərq informasiya magistralı” Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasını nəzərdə tutur.
 
Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm da ehtiyat marşrut olaraq seçilib və konsorsiumda “Delta Telekom” şirkəti vasitəsi ilə təmsil olunur. Layihə üzrə Azərbaycanda əsas və ehtiyat qovşaqları quraşdırılıb, test işləri uğurla başa çatdırılıb və konsorsium tərəfindən qəbul olunub.
 
 
 
Həqiqət İSABALAYEVA




05/08/14    Çap et