Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Selfi çəkdirmək istəyərkən təsadüfən özünü güllələyib
Meksikanın “Proceso” nəşri yazır ki, Mexikonun 21 yaşlı sakini Oskar Otero Aqilar tapança ilə selfi çəkdirmək istəyərkən təsadüfən özünü ölümcül yaralayıb.
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Aqilar iki dostu ilə Mexikoda öz tanışının evində dincəlirmiş. Onların alkoqollu içki içdiyi məlum olub. Aqilar dostundan 45 kalibrli (11,43 millimetr) tapançanı götürərək selfi çəkmək istəyib. Bir müddət sonra qonşular atəş səsi, qışqırıq eşidib və polis çağırıblar.
Hadisə yerinə gəlmiş polislər Aqiları başında tapança yarası olan vəziyyətdə görüblər. Gənc oğlan "təcili yardım" maşınında xəstəxanaya göndərilib, amma yolda dünyasını dəyişib.
Emil Hüseynov
05/08/14 Çap et