Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5-ci “Mobillik qrantı” müsabiqəsinə 23 layihə daxil olub


Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü ildə keçirilən 5-ci “Mobillik qrantı” müsabiqəsinə 17 iyun - 31 iyul tarixləri müddətində 23 layihə daxil olub.
 
Fonddan bildirilib ki, müsabiqəyə daxil olmuş layihələrin statistikasına görə, layihələrin 3-ü “Fizika-riyaziyyat və texnika elmləri”, 2-si “Kimya elmləri”, 2-si “Yer haqqında elmlər”, 7-si “Biologiya, tibb və aqrar elmləri”, 9-u “Humanitar və ictimai elmlər”in payına düşür.
 
 İki layihə texniki ekspertiza mərhələsindən keçməyib. Hal-hazırda 21 layihə üzrə elmi ekspertiza işi aparılır.
 
 
 
Həqiqət İSABALAYEVA




05/08/14    Çap et