Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Noutbuk bazarı tədarük həcminə görə planşet bazarını ötüb
2014-cü ilin ikinci rübündə noutbuklar tədarük həcmi baxımından planşetlərdən daha populyar olublar. Hazırda planşetlər kompüter sənayesinə əvvəlki kimi o qədər güclü təsir göstərmir.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Canalys” tədqiqat firmasının qiymətləndirməsinə görə, 2014-cü ilin aprel-iyununda dünya bazarına 123,9 milyon masaüstü, mobil FK və planşet buraxılıb ki, bu da ötən illə müqayisədə 14% yüksəkdir. Birinci rüblə müqayisədə, demək olar, artım qeydə alınmayıb.
Analitiklər tərəfindən araşdırılmış bazarda əvvəlki kimi 14% göstəriciyə malik “Apple” şirkəti liderdir, amma ABŞ şirkətinin brendinə məxsus FK-in tədarükü 5% azalıb.
“Lenovo” şirkəti ötən rüb ənənəvi və planşet FK-nin tədarükünü 20% artırıb, buna görə də Çin şirkətinin bazar payı 14%-ə çatıb. Sonrakı yerlərdə ABŞ-ın “HP” və “Dell” şirkətləri qərarlaşıb.
Planşet seqmentində, həmçinin “Apple” şirkəti liderdir, ötən rüb 13.3 milyon “iPad” planşeti tədarük edib. “Samsung” şirkəti 8.9 milyon qurğu buraxıb. Bu iki şirkət dünyada planşet satışının 46%-nə nəzarət edir, ancaq onlarla işləmək getdikcə çətinləşir. “Apple”ın əsas problemi “iPad”ın qiymətinin yüksək olmasıdır ki, bu da inkişaf etməkdə olan ölkələrdə yüksək tələbata mane olur, “Canalys”in əməkdaşı Ruşbax Doşi hesab edir.
2014-cü ilin ikinci rübündə noutbuk bazarında illik hesablama üzrə tədarüklərdə artım qeydə alınmayıb, halbuki bu məhsul istehsalçıları əvvəllər azalma qeydə almışdılar.
Emil Hüseynov
05/08/14 Çap et