Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Arzuladığımız dünyanı innovativ gələcəklə quraq”


20-24 avqust tarixlərində Gəncədə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” (Create İnnovative Future - Reshape the World) devizi altında “Ganja’14” forumu keçiriləcək. Forumda 14 ölkədən olan 60 gənc gündəmdə olan problemləri müzakirə edərək, həll yollarını təklif edəcəklər.
 
Prezident yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən tədbir “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Avropa Gənclər Parlamenti Azərbaycan” tərəfindən təşkil olunur.
 
Gənclər Təşkilatından bildirilib ki, Azərbaycanda ilk bu növ beynəlxalq forumun keçiriləcəyi məkanın Gəncə şəhəri olması da təsadüfi deyil. Səbəb Gəncə şəhərinin 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” elan olunmasına dəstək xarakteri daşımasıdır.
 
Artıq “Ganja’14” forumunun 30 azərbaycanlı iştirakçısı ilə ilk görüş keçirilib.
 
 
 
Həqiqət İSABALAYEVA




06/08/14    Çap et