Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone” smartfonunun təqdimatı sentyabrın 9-na planlaşdırılıb


"Re/code" nüfuzlu texnologiya bloqu yazıb ki, "Apple" şirkəti sentyabrın 9-da keçirəcəyi tədbirdə yeni nəsil "iPhone" smartfonunu nümayiş etdirəcək.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, şirkət hələ ki bu informasiyanı nə təsdiq, nə də təkzib edib. Bir qayda olaraq, jurnalistlər elan tarixi haqqında tədbirə dəvət edildikdə xəbər tuturlar.
 
Bu il "Apple" şirkətinin iki yeni "iPhone" smartfonu (4,7 və 5,5 düym diaqonallı ekran) nümayiş etdirəcəyi gözlənilir. Şayiələrə görə, yeni "iPhone" smartfonlarının arxa panelinə "Apple"ın işıq buraxan loqotipi quraşdırıla bilər, həmçinin qurğu "NFC" modulla təchiz edilə bilər.
 
 
Ehtimal ki, "Apple" bazara yeni "iPhone" smartfonunu çıxartmaqla yanaşı, həm də iyunda elan edilmiş yeni "iOS 8" mobil əməliyyat sistemini istifadəyə verəcək.
 
Emil Hüseynov
 




06/08/14    Çap et