Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyası “Facebook” səhifəsi istifadəçilərinin sayını açıqlayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi "Facebook" səhifəsi (www.facebook.com/eTQDK) istifadəçilərinin sayı 100 mini ötüb.
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, komissiya bu barədə adıçəkilən sosial şəbəkə vasitəsilə məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, gündəlik orta hesabla 500-dən artıq istifadəçi öz suallarını ünvanlayır və operativ şəkildə cavab əldə edirlər: "Bunun nəticəsində "Facebook" istifadəçiləri komissiyanın səlahiyyətlərinə daxil olan və onları maraqlandıran istənilən suala operativ şəkildə cavab tapa bilirlər".
 
Həmçinin yeni məlumatlar da "Facebook" səhifəsi vasitəsilə vaxtında ictimaiyyətə çatdırılır. Bu da öz növbəsində qəbul prosesində vətəndaşların vaxtına və vəsaitlərinə qənaət olunmasına öz müsbət təsirini göstərir. 
 
CAHANGİR







06/08/14    Çap et