Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” veb-trafikin həcminə görə “iOS”-u ötüb
“Android” və “iOS” platformaları mobil əməliyyat sistemləri bazarında əvvəlki kimi əsas rəqibdirlər.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin iyulunda 40 mindən çox veb-saytı nəzərdən keçirmiş “Net Applications” xidməti aşağıdakı nəticəyə gəlib: “iOS”-qurğular qlobal mobil internet trafikinin 44,19%-ni, “Android” platforması ilə işləyən aparatlar isə 44,62%-ni generasiya edir.
Beləliklə, "alma" platforması ilk dəfə veb-trafikin həcminə görə rəqibinə uduzub. 2012-ci ilin avqustunda pay nisbəti “iOS” platformasının xeyrinə olub.
“Android” platformasının liderliyi bu mobil əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərin çoxluğu ilə izah edilir. Amma internetdə istifadəçilərinin orta aktivliyinə görə “iOS” “Android”i 7 dəfə ötür.
Emil Hüseynov
06/08/14 Çap et