Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT sahibkarları üçün yeni imkan
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Stavropol vilayəti Sənaye-Ticarət Palatası arasındakı ilkin razılaşmaya əsasən Stavropol şəhərində Azərbaycanda istehsal olunan məhsulların sərgi-yarmarkası keçiriləcək.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə ASK-dən məlumat verilib. Konfederasiyadan bildirilib ki, sözügedən sərgi-yarmarkanın bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.
Yarmarkada ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına istehsal etdikləri məhsulları nümayiş etdirməsi üçün şərait yaradılacaq. Onlar məhsullarını təşviq etməklə alıcı, partnyor tapa bilərlər. Sərgiyə çıxarılan məhsullar informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla bütün sahələri əhatə edəcək.
İştirak etmək istəyənlər bu ayın 25-nə kimi ASK-ya müraciət edə bilərlər.
SEYMUR
06/08/14 Çap et