Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası təqdim olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri bu ilin 7 ayı ərzində müəssisə və təşkilatlarda keçirdikləri texniki baxış zamanı 204 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
Mütəxəssislər 415 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.
Aşkar olunan 204 ədəd qeyri-qanuni REV-in 86 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 11 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 15 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
06/08/14 Çap et