Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” Çinin “qara siyahı”sına düşüb


Çin hökuməti büdcə vəsaiti hesabına satın alınmalı avadanlıq siyahısından ABŞ-ın “Apple” şirkətinin məhsulunu çıxarıb. Bu haqda adsız mənbələrə istinadən “Bloomberg” agentliyi yazıb.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, agentlikdən bildirilib ki, bu qərar təhlükəsizlik nöqteyi-nəzərindən qəbul edilib. Müxtəlif “iPad” və “MacBook” modelləri daxil olmaqla, “Apple” 10 qurğusu sözügedən siyahıya daxil edilib.
 
“Bloomberg” nəşri avqustun əvvəlində, həmçinin yazıb ki, ABŞ-ın “Symantec” və Rusiyanın "Kasperski Laboratoriyası" tərəfindən yaradılan antivirus proqram təminatları da qadağa siyahısına əlavə edilib.
 
Xatırladaq ki, Çin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin İT kəşfiyyatı haqda informasiyanın Edvard Snouden tərəfindən elanından sonra xarici proqram təminatına nəzarəti gücləndirib.
 
Emil Hüseynov
 

 
 




06/08/14    Çap et