Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Goranboyun bütün yaşayış məntəqələri telefonlaşdırılıb


Goranboyda informasiya və kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsi istiqamətində yeni tədbirlər həyata keçirilir. Goranboy TKQ-nin rəisi Hafiz  Muxtarov bildirib ki, hazırda Goranboy TKQ  35  EATS, 2  mini    və  2   peyk    ATS-ləri      vasitəsilə     rayonun  83  yaşayış     məntəqəsində   15060  abunəçiyə   telefon  rabitəsi     xidməti     göstərir.

Rayonun   bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Bu ilin 6 ayında 325 mənzilə yeni telefon çəkilib. Rayon    əhalisinin  hər   yüz  nəfərinə  15,   hər   iki    ailəyə 1 ədəd   telefon   düşür.  Altı ayda   1   telefona     düşən    gəlir  42  manat  olub.

H.Muxtarov deyib ki, ölkəmizdə    internetin     keyfiyyətinin    yüksəlməsi,   qiymətinin    endirilməsi,    eləcə  də      ölkəmizin   bütün  ərazisində      sərbəst     şəkildə     internetə   qoşulmanın   təmin    olunması     İKT-nin   daha   da   inkişafına  rəvac    verib,    üstəlik,    ölkədə  internet  azadlığının       mövcudluğu    və      əhalinin    bundan    hər  hansı    bir    maneəsiz     formada     istifadə  etmək      imkanının   olması    bu  sahəyə   marağı    daha     da    artırıb. Onun sözlərinə görə, 2011-ci  ildən    qovşaqda     genişzolaqlı      internet    xidmətindən       istifadə     edilməyə       başlanılmış,   hazırda    bu iş    sürətlə    davam    etməkdədir. Təkcə    Todan  EATS-i    istisna     olmaqla    qovşağın    34   EATS-də     genişzolaqlı     internet     avadanlıqları     qurularaq   3500  nəfər     abunəçi    bu    xidmətdən    istifadə    edir.

  Yaxın  vaxtlarda     Todan      EATS-də   bu   avadanlığın     qurulması      təmin    ediləcəkdir.
    Rayonun     ərazisində     internetin     sürətinin     daha    da   artırılması     məqsədilə     Todan    kəndi     istisna  olmaqla     bütün     kəndlərində   optik      kabellər   çəkilişi     aparılıb,   istismara    verilib.
İnternetin         genişləndirilməsinin     ən  vacib    şərti  odur  ki,     hər  bir    yaşayış     məntəqəsində      EATS-lərin       montaj     tutumu      genişləndirilsin   və  yeni  telefonlar     çəkilsin.
   Ona   görə  də        bu  ilin      fevral   ayında        Nərimanlı      kəndində  208 nömrəlik     yeni  EATS  istifadəyə      verilib.  Nəzərdə     tutulmuşdur  ki,    bu ilin    sonuna   kimi     Veyisli   kəndi  yaxınlığında    qaçqın   və   məcburi     köçkünlərin      şəhərciyində  512    nömrəlik     yeni  EATS    istifadəyə   verilsin.
   Rayon  ərazisində     11   ədəd   internet     klubları    da   fəaliyyət      göstərir   ki,    həmin     klublarda      gənclər    öz    biliklərini     artırırlar.

  Qovşaqda     yüksək      texnologiyaların      inkişafı    istiqamətində    işlər     bundan    sonra    da    davam    etdiriləcək,     vətəndaşların    hər  bir    tələb  və    təkliflərinə    qayğı    ilə   yanaşılacaq,   hər    bir  abunəçi   keyfiyyətli     rabitə  ilə    təmin     olunacaq.
 
RƏVAN
 
 
 
 
 




07/08/14    Çap et