Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Emu” messencerini satın alıb


"Google" şirkəti virtual assistent funksiyasına malik "Emu" mobil messencerini satın alıb. İnternet nəhəngi "Hangouts" və başqa mobil xidmətlərini gücləndirə bilər.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, sazişin şərtləri açıqlanmayıb.
 
"Emu" messenceri rəqiblərindən virtual köməkçi funksionallığı ilə fərqlənir. Məsələn, istifadəçi birbaşa tətbiqdən təqvimə görüş qeyd edə, bildirişlər yarada və restoranda masa bronlaya bilər. Xidmətin baş direktoru və həmtəsisçi Qammi Xafsteynsson əvvəllər "Google"da, həmçinin "Apple"da "Siri" virtual köməkçisinin hazırlanma komandasında işləyib.
 
Emil Hüseynov




07/08/14    Çap et