Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1944-cü ilin bu günü ABŞ-da ilk proqramlaşdırılmış kompüter işə salınıb
1944-cü il avqustun 7-də ABŞ-ın ilk proqramlaşdırılmış kompüteri - "Mark I" işə salınıb. Qurğu "IBM" korporasiyası ilə imzalanmış müqaviləyə əsasən, gənc riyaziyyatçı Hovard Ayken və şirkətin dörd mühəndisi tərəfindən hazırlanıb.
Onlar bu kompüteri hazırlayarkən Çarlz Bebbicin ideyalarına əsaslanıblar. Vurma əməliyyatına 6 saniyə, çıxmaya 15,3 saniyə, loqarifmlərin hesablanması və triqonometrik funksiyaların yerinə yetirilməsi əməliyyatlarına isə 1 dəqiqə vaxt tələb olunub.
Emil Hüseynov
07/08/14 Çap et