Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Thomson Reuters”in siyahısında impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı “Applied and Computational Mathematics” yenidən irəlidədir


“Thomson Reuters”in siyahısında impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı “Applied and Computational Mathematics” (Tətbiq və Hesablama Riyaziyyatı) yenidən irəlidədir.
 
2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu tərəfindən təsis olunan beynəlxalq jurnalın təsir əmsalı (İmpact Factor) 0.697(http://acmij.az/view.php?lang=en&menu=0)  olub.
 
Bu haqda məlumat təşkilatın 2013-cü il hesabatında (http://thomsonreuters.com/articles/2013/introducing-the-2013-edition-journal-citation-reports) yer alıb. “Applied and Computational Mathematics” əldə etdiyi təsir əmsalı ilə postsovet ölkələri ilə yanaşı, Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları da qabaqlamağa müvəffəq olub.
 
 
“Thomson Reuters” təşkilatının Elmi İnformasiya İnstitutu tərəfindən hazırlanan illik hesabat 83 ölkədə 10 mindən çox jurnalın təsir əmsalını müəyyənləşdirib. “ISI-Thomson Reuters” təkcə təsir əmsalına malik jurnallar haqqında illik hesabat (“Journal Citation Report”) dərc etməklə kifayətlənmir, o, həm də məqalələrinə ən çox istinad edilən alimlərin də siyahısını hazırlayıb dərc edir.
 
 
Qeyd edək ki, “Applied and Computational Mathematics” yarandığı qısa zamanda - 2008-ci ildə  Azərbaycan elm tarixində ilk elmi jurnal olaraq “Thomson Reuters”in genişləndirilmiş siyahısına daxil olub. Bu tarixdən sonra jurnala artan marağın nəticəsində keyfiyyət dərəcələri də ildən-ilə yüksəlməyə başlayıb.
 
Nəhayət, agentliyin 2012-ci il üzrə hesabatına əsasən, Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq jurnalının təsir əmsalı artaraq 0,75-ə çatıb. Hazırda jurnal hər nömrə 300 tirajla çap olunur.
 
Həqiqət İSABALAYEVA
 




07/08/14    Çap et