“Odnoklassniki” sosial şəbəkəsi adını və internet ünvanını dəyişdi
“Odnoklassniki” sosial şəbəkəsinin heyəti yeni adla və yeni “
www.ok.ru” internet ünvanında fəaliyyət göstərəcək.
“ICTnews” xəbər xidmətinin sosial şəbəkənin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, hazırda sosial şəbəkəyə köhnə internet ünvanı ilə yanaşı, yeni ünvandan da daxil olmaq olar, lakin əsas domen artıq “OK.ru”dur.
Tərtibatçıların sözlərinə əsasən, qısa, aydın və rahat “OK.ru” adı onlar və şəbəkənin istifadəçiləri tərəfindən çoxdan istifadə edilir, indi isə artıq bunu rəsmiləşdirmə vaxtı gəlib. Yeni əsas səhifəni dizayer Kərim Rəşid yaradıb.
Xatırladaq ki, “Odnoklassniki” sosial şəbəkəsi “Mail.Ru Group”un layihəsidir və hazırda ən populyar Rusiya sosial şəbəkəsidir. Analitik agentliklərin araşdırmalarının nəticələrinə əsasən, saytın gündəlik auditoriyası 41,1 milyon nəfər təşkil edir (Rusiyanın 12-64 yaşda əhalisinin ümumi sayı). Saytda qeydiyyat pulsuzdur.
Aynur Vəliyeva