Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IRIS” ev avtomatlaşdırılması sisteminə bir neçə qurğu əlavə olunub
“Lowe” şirkəti” IRIS” adlı “ağıllı ev” sisteminin imkanlarını genişləndirib və bu sistemə "ağıllı" qaraj qapısı nəzarətçisini, ev heyvanları üçün elektron qapı, pəncərə jalüzləri nəzarətçisini və bağ şlanqı üçün kranın işə salınması üçün taymer əlavə edib.
"ICTnews" xəbər xidmətinin “Electronic House” nəşrinə istinadən verdiyi məlumata əsasən, “IRIS” avtomatlaşdırma sistemləri dəstinə 50-dən yuxarı qurğu daxildir. Bu xətdə videomüşahidə kameraları, tüstü detektorları, su itkisi detektorları, qıfıllar və “GE”, “Kwikset”, “Schlage”, “Whirlpool” və sair şirkətlərdən bir sıra digər qurğular mövcuddur.
“IRIS” – sadə və əhatəli həllərin təşkili üçün nəzərdə tutulmuş “ağıllı ev” sistemidir. Bu sistem vahid interfeysdə istənilən sayda qurğuları birləşdirməyə, onların monitorinqini, nəzarətini və sazlanmasını təmin etməyə imkan verir. Sistem “ZigBee” və “Z-Wave” standartlarını dəstəkləyir.
Aynur Vəliyeva
08/08/14 Çap et