Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin 7 ayında ölkədə elektron ticarət dövriyyəsinin həcmi 1,5 milyon manat olub


Azərbaycan Dövlət Statistika Komitəsi cari ilin yanvar-iyul ayları üzrə ölkənin elektron ticarət göstəricilərini açıqlayıb.
 
 
Komitədən verilən məlumata görə, bu ilin 7 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2 faiz artaraq 1,5 milyon manat təşkil edib.
 
 
Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,3 faizini hüquqi, 21,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,3 faizini qeyri-ərzaq malları təşkil edib.
 
 
CAHANGİR
 




08/08/14    Çap et