Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İndiyədək əmlak məsələləri ilə bağlı elektron xidmətlər vasitəsilə 77000-dən çox müraciət edilib


İndiyədək əmlak məsələləri ilə bağlı elektron xidmətlər vasitəsilə 77000-dən çox müraciət daxil olub və təmin edilib. Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün təşkil etdiyi “Açıq qapı” günü - vətəndaş forumu və hüquqi maarifləndirmə tədbirində bildirilib.
 
Qeyd edilib ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlərin elektron qaydada qəbulu həyata keçirilir.
 
Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair elektron xidmətlər fəaliyyət göstərir.
 
 
Komitədən qeyd edilib ki, belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində həyata keçirilir. Tədbirlərin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA




08/08/14    Çap et