Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi məsələləri müzakirə edilib
“Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə bağlı təkliflər müzakirə edilib. Toplantı Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Müzakirədə sözügedən təkliflərin mahiyyəti açıqlanıb və onlar barəsində iclas iştirakçıları məlumatlandırılıb.
Təkliflərin dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən toplantılar və müzakirələrdə irəli sürülən rəylər, həmçinin də aparılan monitorinq və araşdırmalar nəticəsində əldə olunan məlumatlar və təkliflər əsasında hazırlandığı qeyd edilərək bildirilib ki, onlar əsasən vətəndaşların elektron xidmətlərdən daha effektiv istifadə etməsi, əhəmiyyətlilik səviyyəsindən asılı olaraq prioritet xidmətlərin müəyyən olunması və elektron formaya keçidlə bağlı konkret keçid planının hazırlanması, elektron xidmətlərin populyarlığının artırılması, elektron
xidmətlərlə bağlı statistikanın təkmilləşdirilməsi, eyni bir xidmətin “ASAN”-dan, “Elektron Hökumət” Portalından və müvafiq dövlət qurumundan alınması ilə bağlı statistikanın formalaşması, müvafiq qurumların öz elektron xidmətlərinin tanıtımı ilə bağlı işlərin görülməsi, xidmətlərin “bir pəncərə” prinsipi ilə göstərilməsinin vacibliyi istiqamətində müddəalar öz əksini tapıb.
Toplantıda İctimai Şura üzvləri təkliflərin daha da təkmilləşdirilməsi və elektron xidmətlərdən daha effektiv istifadə edilməsi istiqamətində səmərəli fikrilər bildirib. Şura üzvləri tərəfindən elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi və bu məqsədlə nəzərdə tutulan resurslardan daha effektiv istifadəsi ilə bağlı müddəaların da təkliflərdə yer alması tövsiyə olunub.
SEYMUR
08/08/14 Çap et