Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə “Internet Explorer” brauzerinin köhnə versiyalarından imtina olunacaq


“Microsoft” növbəti ilin əvvəlindən “Internet Explorer” (IE) brauzerinin köhnə versiyaları üçün texniki dəstəyin və təhlükəsizlik yeniləmələrinin göndərilməsini dayandırmaq niyyətini elan edib. Şirkət istifadəçiləri yeni proqram təminatına keçməyə səsləyib.

 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 2016-cı il yanvarın 12-dən aşağıdakı əməliyyat sistemi və brauzer kombinasiyalarının dəstəklənməsi dayandırılacaq: “Windows Vista SP2” və “Internet Explorer 9”, “Windows Server 2008 SP2” və “IE 9”, “Windows 7 SP1” və “IE 11”, “Windows Server 2008 R2 SP1” və “IE 11”, “Windows 8.1” və “IE 11”, “Windows Server 2012” və “IE 10”, “Windows Server 2012 R2” və “IE 11”.
 

Bu tarixdən etibarən “Microsoft” şirkəti “IE” brauzerinin sonuncudan başqa bütün versiyalarının dəstəyini dayandıracaq. "Məsələn, Windows 7 SP1 əməliyyat sistemində Internet Explorer 8, Internet Explorer 9 və ya Internet Explorer 10 brauzerindən istifadə edən müştərilər təhlükəsizlik və texniki dəstək yeniləmələri almaq üçün Internet Explorer 11 brauzerinə keçməlidirlər" – şirkətdən bildirilib.

 
“Net Applications” tədqiqat şirkətinin statistikasına görə, hazırda “IE 8” brauzeri dünyadakı kompüterlərin 21.58%-nə quraşdırılıb. 9,06% istifadəçi “IE9”, 6.26% “IE 10”, 16,78%-i isə “IE 11” brauzerindən istifadə edəcək.

 
Emil Hüseynov




08/08/14    Çap et