Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wikipedia”nı yalan məqalələrdən azad edəcəklər


Çin alimləri “Wikipedia” onlayn ensiklopediyasında yerləşdirilmiş məqalələrin düzgünlüyünü müəyyən etməyə imkan verən alqoritm yaradıblar.
 
“ICTnews” xəbər xidmətinin "International Journal of Information Quality” nəşrinə istinadən verdiyi məlumata əsasən, yeni alqoritm yazılmış məqaləni düzgün və tez şəkildə identifikasiya etməyə imkan verir.
 
Bu alqoritm vasitəsi ilə məqalələr iki meyar üzrə analiz ediləcək: say və keyfiyyət meyarları.

Alqoritm, eyni zamanda reallığa uyğun olmayan düzəlişlərə məruz qalmış məqalələri düzəltmək imkanı təqdim edəcək. Yoxlama dəqiqliyinin səviyyəsi 80% təşkil edir.
Maraqlısı odur ki, “Wikipedia”da yerləşdirilmiş məqalənin hansı dildə yazıldığı əhəmiyyət kəsb etmir.
 
Aynur Vəliyeva




08/08/14    Çap et