Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 xidməti istifadəçilərin marağına səbəb olan e-xidmətlər sırasında yer alıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) iyul ayında “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən 20 elektron xidmət növünü ictimaiyyətin nəzərinə çatdırıb.
İstifadə sayına görə öndə olan e-xidmətlərin ilk onluğuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (580586), “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi”(183622), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (180632), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (88469), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Telefon nömrəsi üzrə axtarış” (50804), eləcə də ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (19004), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması”(13808), RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13223), TQDK-nın “Virtual ödəmə kartlarının onlayn və ya qısa mesaj (SMS) vasitəsilə satışı” (12479), DSMF-nin “Sığortaolunanlara məlumatların verilməsi” (8467) xidmətləri daxildir.
Sonrakı mövqelərdə DSMF-nin “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (7336), Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” (2914), TQDK-nın “Abituriyent ərizəsinin nömrəsinin axtarış sistemi” (2731) və RYTN-in “E-imza-Operator üçün menyu” (2554) xidmətləri qərar tutur.
Bunlarla yanaşı, DSMF-nin “Pensiya kalkulyatoru” (2445), “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” (2143), “Pensiyaçıya məlumatların verilməsi” (1498), RYTN-in “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” (1497), ƏMDK-nın “Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi” (1395) və “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” (1278) xidmətləri də ən çox istifadə olunan xidmətlər sırasındadır.
CAHANGİR
09/08/14 Çap et