Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Filipp Zimmerman: “Casus cəmiyyəti uğursuzluğa düçar olacaq”


“Müxtəlif ölkələrin hökumətlərinin vətəndaşları izləmə sistemlərini inkişaf etdirmək arzusu, həmçinin insanların azad informasiyaya girişini məhdudlaşdırmaq cəhdi uğursuzluqla nəticələnəcək”. Məlumatların şifrələnməsi üçün “PGP” proqramının müəllifi Filipp Zimmerman öz çıxışında  belə deyib.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Las-Veqasda keçirilmiş “Defcon 22” konfransında çıxış etmiş Zimmerman qeyd edib ki, müasir dünyada texnologiya sürətlə inkişaf edir və hakimiyyət tərəfindən istənilən qadağa və ya məhdudiyyət artıq mövcuddur.  Yaxın gələcəkdə tətbiq ediləcək “kilidaçan” tətbiq sayəsində bu qadağa əhəmiyyətini itirəcək”.
 
Bundan başqa, o, öz əminliyi ifadə edib ki, cəmiyyətə nəzarət sistemləri yaratmağı arzulayan ölkələrin xüsusi xidmət orqanları bu işin öhdəsindən gələ bilməyəcək.
 
Zimmerman  əlavə edib ki, Edvard Snoudenin fəaliyyəti müasir İT bazarının inkişafında yeni mərhələdir. Hazırda daha çox müəssisə öz məlumat və kommunikasiya sistemlərinin təhlükəsizliyinə diqqət yetirir.
Ekspert, həmçinin deyib ki, hazırda İT sahəsində yeni şirkət tipi – “təhlükəsiz həllər təsarükçüsü” yaranıb.  Zimmermanın sözlərinə görə, əgər 4-5 il bundan əvvəl istehlakçıya belə həllərin zəruriliyini sübut etmək lazım idisə, indi buna ehtiyac yoxdur.
 
Emil Hüseynov




11/08/14    Çap et