Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə işlərin qəbulu davam edir
İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə işlərin qəbulu davam edir. Müsabiqədə iştirakçılara qarşı bir sıra tələblər irəli sürülüb.
Təşkilat Komitəsindən qeyd edilib ki, I-XI siniflər üzrə informatika dərsliklərində olan mövzular əsasında videodərs və ya videodərslər hazırlanmalıdır.
Dərslərin izahatı Azərbaycan dilində olmalıdır. Bütün videodərslər internetdə yerləşdirilib, ekspertlər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri isə sentyabr ayının sonunda açıqlanacaq.
Birinci, ikinci və üçüncü yerlərin qalibləri qiymətli hədiyyələr və diplomlarla təltif ediləcək.
Həqiqət İSABALAYEVA
11/08/14 Çap et