Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” 25 dollarlıq telefon nümayiş etdirib


“Microsoft” şirkəti 25 dollar məbləğində “Nokia 130” telefonunu nümayiş etdirib. Aparat əsasən Asiya və Afrika bazarları üçün nəzərdə tutulub.
 
Şirkət qurğunu “yeni istifadəçilər və ya etibarlı ehtiyat telefonu axtaran insanlar üçün mükəmməl telefon” kimi təqdim edib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 25 dollar (19 avro) dəyərində telefon cari ilin üçüncü rübündə Çin, Misir, Hindistan, İndoneziya, Keniya, Nigeriya, Pakistan, Filippin, Vyetnam bazarlarında əlçatan olacaq.
 
“Microsoft”un mobil qurğular üzrə vitse-prezidenti Co Xarlou deyib ki, bununla şirkət əlçatan telefonlara artan tələbat tendensiyasına cavab verir. Şirkətin qiymətləndirməsinə görə, hər il dünyada qiyməti 35 dollardan aşağı təxminən 300 milyon telefon satılır.
 
Emil Hüseynov
 

 

 
 




12/08/14    Çap et