Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin yekununa görə “Chromebook” noutbuklarının satış həcmi 5 milyonu ötəcək
“Gartner” analitik şirkətinin hesabatına əsasən, “Chrome OS” “bulud” əməliyyat sistemi ilə işləyən “Chromebook” xəttinə məxsus noutbukların satış həcmi ötən illə müqayisədə 79 faiz artaraq 5,2 milyon qurğu təşkil edəcək.
Ekspertlər bildirir ki, xrombukların satış həcmi əsasən Şimali Amerikada təhsil sektorunun hesabına artır. 2013-cü ildə “Chromebook” noutbuklarının təxminən 85 faizini təhsil müəssisələri satın alıb, satışın 82 faizi isə Şimali Amerika regionunun payına düşüb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu il müxtəlif modifikasiyalı “Chromebook” noutbuklarının qlobal satış həcmi 5,2 milyonu ötəcək və 2017-ci ilə bu göstərici 14,4 milyona çatacaq.
Ancaq nəzərə alsaq ki, “Gartner” tədqiqat şirkəti cari ilin yekununa görə 308 milyon qurğu kompüter (noutbuk, masaüstü fərdi kompüter və hibrid qurğular) satılacağını gözləyir, o zaman “Chromebook” noutbuklarının proqnozlaşdırılan satış həcmi elə də çox deyil.
Emil Hüseynov
12/08/14 Çap et