Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” və “Samsung” smartfon bazarında bazar payını itirəcək
Beynəlxalq “Fitch” reytinq agentliyinin icmalına əsasən, 2015-ci ilədək qlobal smartfon bazarında ABŞ-ın “Apple” korporasiyasının payı 15 faizdən 14 faizdək, “Samsung” şirkətində isə 31 faizdən 25 faizədək azalacaq.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Fitch” agentliyinin ekspertləri azalmanı inkişaf etməkdə olan bazarlarda rəqabətin artması ilə izah edirlər: aşağı büdcəli mobil telefon istehsalçılarının payı, əsasən, ona görə artacaq ki, hazırda lider istehsalçılar yüksək qiymətli qurğularını satacaq.
Agentliyin proqnozuna görə, 2014-cü ildə iki ən böyük istehsalçının smartfonlarının ümumi tədarükü 450-460 milyon qurğu (2013-cü ildə bu göstərici 467 milyon qurğu təşkil edib) olacaq, halbuki bazarın həcmi 20% artaraq 1,2 milyard smartfon təşkil edəcək.
Emil Hüseynov
12/08/14 Çap et