Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi texniki avadanlıqlarını yeniləyir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi texniki avadanlıqların satınalınması üzrə təkliflər sorğusu   elan edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, təkliflər sorğusu "Data Mərkəz" və "IP əsaslı Kommutasiya Mərkəzi" layihələri üzrə daşıyıcı xətlərin (link) və son qurğularla arabağlantıların (keçid) həlli üçün müvafiq texniki avadanlıqların satın alınmasını nəzərdə tutur.
 
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər avqustun 14-dək qəbul olunur. Maraqlanan təşkilatlar (012) 493 22 59 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.



Aynur Vəliyeva




12/08/14    Çap et