Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Snapchat” amerikalı gənclər arasında populyarlığına görə üçüncü sosial xidmətdir
“Techcrunch” nəşri yazır ki, “Snapchat” sosial tətbiqi amerikalı gənclər arasında populyarlığına görə üçüncü yerdə qərarlaşıb.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Snapchat” tətbiqi 18-34 yaşlı mobil qurğu istifadəçilərinin 32,9%-də quraşdırılıb, sosial xidmətlər arasında yalnız “Instagram” (43,1%) və “Facebook”a (75,6%) uduzur.
Bu halda “Snapchat” “Twitter”, “Google+”, “Tumblr”, “Pinterest” və “Vine” kimi xidmətlərdən populyar olub.
“Snapchat” tətbiqi telefonun kontakt siyahısındakı insanlara müəyyən vaxtdan sonra silinən şəkil və videoyazı göndərmək imkanı verir.
Emil Hüseynov
13/08/14 Çap et